Tramp Uhanda koronavirusun yayılması haqda kəşfiyyatın xəbərdarlığı ilə bağlı məlumatları saxta adlandırıb

Tramp Uhanda koronavirusun yayılması haqda kəşfiyyatın xəbərdarlığı ilə bağlı məlumatları saxta adlandırıb
  • Clock-gray 11:06
  • calendar-gray 10 Aprel 2020

ABŞ Prezidenti Donald Tramp ötən ilin noyabrında kəşfiyyatın Çinin Uhan şəhərində koronavirusun yayılması barədə xəbərdarlıq etməsi ilə bağlı məlumatları saxta adlandırıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib.

O vurğulayıb ki, ABC telekanalı məsələ ilə bağlı yalan xəbər yayıb.

“Onlar bu yalan xəbəri yazanda səhv etdiklərini bilirdilər”, - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ABC telekanalı Amerika kəşfiyyatının hələ 2019-cu ilin noyabr ayında ABŞ hakimiyyətini Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdar etdikləri haqda məlumat yayıb.

Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da yeni tip koronavirusa yoluxanların sayı 465 min nəfərdir, onlardan 16672 nəfəri vəfat edib, 25 min nəfər isə sağalıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər