Bank Of Baku

Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada ölüb

Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada ölüb
# 21 sentyabr 2026 15:53 (UTC +04:00)

Lənkəranda 3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 3 gün əvvəl Lənkəran rayonunun Kərgəlan kənd sakini 16 yaşlı E.İ. tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alıb.

Xəsarət alan yeniyetmə tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Yeniyetməni xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində ölüb.

Əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin həyətində baş verib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR