Tramp: “Ərdoğanla “Patriot” məsələsini də müzakirə etdik”

Tramp: “Ərdoğanla “Patriot” məsələsini də müzakirə etdik”
# 01 mart 2020 01:56 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Suriya kontekstində bir çox məsələləri müzakirə etdiklərini və bu müzakirələrdə “Patriot” hava hücumundan müdafiə sistemi məsələsinin də yer aldığını bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Tramp bu fikirləri bu gün Ağ Evdə koronavirusla mübarizəyə həsr olunmuş mətbuat konfransında bildirib.

Qeyd edək ki, bu həftə ABŞ və Türkiyə prezidentlərinin yenidən danışıqlarının olacağı gözlənilir.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, mart ayının ilk həftəsində Rusiya və Türkiyə prezidentlərinin danışıqları olacaq. Nazir həmçinin deyib ki, ABŞ-dan İdlibdə istifadə etmək üçün “Patriot” hava hücumundan müdafiə sisteminin iki batereyası istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR