Tramp respublikaçıların namizədi olmaq üçün kifayət qədər nümayəndənin dəstəyini əldə edib

Tramp respublikaçıların namizədi olmaq üçün kifayət qədər nümayəndənin dəstəyini əldə edib
# 18 mart 2020 10:23 (UTC +04:00)

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürmək üçün kifayət qədər nümayəndənin dəstəyini əldə edib.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına əsasən ötən gün İllinoys və Florida ştatlarında baş tutmuş ilkin seçkilərdə (praymeriz) D. Tramp gözlənilən qələbəni əldə edib və 1301 nümayəndənin səsini qazanıb.

Respublikaçılar Partiyasının qurultayı avqustun 24-27-də kimi Şimali Karolina ştatının Şarlott şəhərində keçiriləcək və partiyanın namizədi müəyyən olunacaq. Partiyanın namizədi olmaq üçün isə ilkin seçkilərin nəticələrinə görə 2441 qurultay iştirakçısından 1276-nın səsini almaq lazımdır.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR