Trampın məsləhətçisi seçkilərə təsir göstərməkdə günahlandırılıb

Trampın məsləhətçisi seçkilərə təsir göstərməkdə günahlandırılıb
# 08 dekabr 2020 06:11 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın məsləhətçisi, Ticarət və Sənaye Siyasəti Ofisinin direktoru Peter Navarro siyasi fəaliyyətində qanunu pozmaqda günahlandırılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu məqsədlə Müstəqil Xüsusi Prokurorluq Peter Navarronun rəsmi səlahiyyətlərindən istifadə edərək 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etmək və ya təsir göstərmək üçün qanunu pozduğuna dair bir qərar verib.

Qərara görə, Navarro siyasi şərhlər verməklə 1939-cu il tarixli “Hatch” Aktını pozub.

Qeyd edək ki, bu akt prezident və vitse-prezident xaricində vəzifəli şəxslərin müəyyən siyasi fəaliyyətlərini qadağan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR