Yanvarın 3-də ABŞ daha bir İran komandirini öldürməyə çalışıb

Yanvarın 3-də ABŞ daha bir İran komandirini öldürməyə çalışıb
  • Clock-gray 00:08
  • calendar-gray 11 Yanvar 2020

 

 

İranlı general Qasım Süleymaninin raketlə vurulduğu gün – yanvarın 3-də ABŞ Yəməndəki daha bir yüksək rütbəli İran komandirini öldürməyi planlaşdırıbmış.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Nəşrin məlumatına görə, ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aparıcı komandirlərindən olan Əbdül Rza Şəhlainin öldürülməsi məqsədilə xüsusi bir əməliyyat keçirib. Lakin əməliyyatın uğursuz alınması nəticəsində planın baş tutmadığı bildirilir.

Məqalədə deyilir ki, eyni gündə iki əməliyyatın keçirilməsi nəzərdə tutulub – Süleymaninin və Şəhlainin öldürülməsi.

Qəzetin yazdığına görə, hətta ABŞ rəsmiləri hər iki əməliyyatın uğurunu eyni anda elan etmək niyyətində olub.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date