ABŞ-da məktəbdə futbol matçı zamanı silahlı insident nəticəsində iki nəfər yaralanıb

ABŞ-da məktəbdə futbol matçı zamanı silahlı insident nəticəsində iki nəfər yaralanıb
# 16 noyabr 2019 08:24 (UTC +04:00)


ABŞ-ın Nyu-Cersi ştatının Plizantville şəhərindəki məktəblərdən birində keçirilən futbol matçı zamanı naməlum şəxs tərəfindən silahdan atəş açılıb.

APA TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

NBC telekanalının yaydığı xəbərə görə, dərhal oyunçular meydanı tərk edib, tamaşaçılar arasında çaxnaşma düşüb.

Yaralıların vəziyyəti və atəş açan şəxs barəsində əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR