ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edib

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edib
# 24 iyun 2019 11:20 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfər edib.

APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, Mayk Pompeo Ciddə şəhərində Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək.

Tərəflərin regiondakı vəziyyəti və İran məsələsini müzakirə edəcəyi bildirilir.

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə yanaşı, iyunun 30-dək Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya və Cənubi Koreyaya da səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR