ABŞ hərbi qüvvələri Latviyaya gəlib

ABŞ hərbi qüvvələri Latviyaya gəlib
# 17 oktyabr 2019 02:24 (UTC +04:00)

ABŞ-ın 500 hərbçisi və onlarla hərbi texnikası çərşənbə günü Latviya paytaxtı Riqanın limanına daxil olub.

APA-nın “voiceamerica”ya istinadla verdiyi xəbərə görə, hərbi qüvvələrin altı ay müddətinə bölgədə yerləşdirilməsi müttəfiqləri prezident Trampın Avropanın şərq cinahının müdafiəsinə sadiq qaldığına əmin etmək məqsədi daşıyır.

Hərbi qüvvələr 2020-ci ilin yaz aylarında Baltik ölkələri və NATO-nun qalan hissəsi arasında yeganə quru yol olan Suvalki dərəsinin müdafiəsinin məşqi məqsədilə keçiriləcək hərbi təlimlərdən sonra bölgəni tərk edəcək.

Qeyd edək ki, 2014-cü ildə etibarən Britaniya, Kanada, Fransa və Almaniya da daxil olmaqla müttəfiq ölkələrin hərbi qüvvələri NATO-nun digər üzvləri olan Polşa, Litva, Latviya və Estoniya hərbi qüvvələri ilə vaxtaşırı olaraq Baltik ölkələrində yerləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR