ABŞ hökuməti qasırğanın tüğyan etdiyi ərazilərdə 14 sığınacaq yaradıb

ABŞ hökuməti qasırğanın tüğyan etdiyi ərazilərdə 14 sığınacaq yaradıb
# 03 sentyabr 2019 01:46 (UTC +04:00)


Beşinci şiddət kateqoriyasına yüksələn Dorian qasırğasında küləyin sürəti saatda 285 kilometrə çatır.


APA-nın BBC-yə istinadla verdiyi xəbərə görə, rəsmilər xəbərdarlıq ediblər ki, fırtınanın hündürlüyü 7 metrə çatacaq və "həyat üçün təhlükəsi" olan qabarmanın olması da proqnozlaşdırılır.

Qasırğa yavaş-yavaş qərbə doğru irəliləyir və ABŞ-ın şərqindəki dəniz sahilindəki bölgələrə çata bilər.

Artıq ölkənin 700 adası ətrafında elektrik enerjisinin kəsilməsi və internetə girişin məhdud olduğu barədə məlumatlar var.
Hökumət qasırğa tüğyan edən ərazilərdə 14 sığınacaq açıb və təcili sığınacaqların siyahısına onlarla kilsə, məktəb və digər binaların adını daxil edib.
ABŞ prezidenti Donald Tramp Polşaya olan səfərini təxirə salıb və fövqəladə vəziyyətin idarə olunması rəsmiləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR