ABŞ-ın dövlət büdcəsinin kəsiri 1 trln. dolları üstələyib

ABŞ-ın dövlət büdcəsinin kəsiri 1 trln. dolları üstələyib
  • Clock-gray 10:10
  • calendar-gray 13 Sentyabr 2019

ABŞ-ın federal büdcəsinin xərcləri fiskal ilinin 11 ayı ərzində büdcə gəlirlərini 1 trln. dollar üstələyib. Sonuncu dəfə bu cür büdcə kəsiri 2012-ci ildə qeydə alınıb.

APA-Economics”in ABŞ-ın Maliyyə Nazirliyinin dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2018-ci fiskal ili ilə müqayisədə ABŞ-ın büdcə kəsiri 169 mlrd. dollar və ya 19% artaraq avqustun 31-nə 1,067 trln. dollara çatıb.

ABŞ-ın büdcə xərclərinin əsas hissəsi sosial təminat proqramları, hərbi və səhiyyə sahələrinin maliyyələşdirilməsinə yönəlib.

Qeyd edək ki, 11 ay ərzində ABŞ dövlət borcu üzrə faiz qismində 389 mlrd. dollar ödəyib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date