ABŞ Polşa vətəndaşları üçün viza rejimini ləğv edir

ABŞ Polşa vətəndaşları üçün viza rejimini ləğv edir
# 24 sentyabr 2019 08:46 (UTC +04:00)

ABŞ Polşa vətəndaşları üçün viza rejimini ləğv edir.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz Polşa üçün viza qaydalarında istisnalar tətbiq edirik. Hazırda struktur üzərində işləyirik. Siz Polşa xalqına və ABŞ-dakı polyaklara deyə bilərsiniz ki, prezident Tramp bunu etdi və uzun müddətdir heç kim bunu edə bilməmişdi”, - deyə Tramp qeyd edib.

Viza rejiminin ləğvi iki ölkə başçısının müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə birgə imzaladığı bəyannamədən sonra mümkün olub. Eyni zamanda, Ağ Ev rəhbəri ABŞ-ın hərbi kontingentini Polşadan digər Avropa ölkələrinə köçürəcəyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR