Boliviyada iğtişaşlar zamanı ölənlərin sayı 25-ə çatıb

Boliviyada iğtişaşlar zamanı ölənlərin sayı 25-ə çatıb
# 20 noyabr 2019 05:18 (UTC +04:00)

Boliviyada 20 oktyabr seçkilərindən sonra prezident seçildiyini elan edən Evo Moralesə, sonra isə dövlətə rəhbərliyi müvəqqəti ələ alan Ali Məclisin sədri Janine Anezə qarşı etiraz aksiyalarında bu günədək 25 nəfər ölüb.

APA “Anadolu” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuela və digər Latın Amerikası ölkələrində yayımlanan “Telesur” televiziyası məlumat verib.

Bildirilib ki, iğtişaşlarda 8 jurnalist, 56 polis və 715 nümayişçi yaralanıb. Baş verən hadisələr zamanı ümumilikdə 112 nəfər saxlanılıb, 50 nəfər həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR