Cənubi Koreya Şimali Koreyadan müdafiə olunmaq üçün ABŞ-a daha çox vəsait ödəyəcək

Cənubi Koreya Şimali Koreyadan müdafiə olunmaq üçün ABŞ-a daha çox vəsait ödəyəcək
# 07 avqust 2019 15:31 (UTC +04:00)

Cənubi Koreya Şimali Koreyadan müdafiə olunmaq üçün ABŞ-a daha çox vəsait ödəməyə razılaşıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də yazıb.

O bildirib ki, ötən on illiklərdə Cənubi Koreya ABŞ-a çox cüzi vəsait ödəyib.

D. Tramp ötən il onun tələbi ilə Cənubi Koreyanın ABŞ-a 990 milyon dollar məbləğində vəsaiti ödədiyini xatırladıb.

“ABŞ-a ödəniləcək vəsaitin artırılması ilə bağlı artıq danışıqlar başlayıb. Cənubi koreyalılar ABŞ-ın təmin etdiyi hərbi müdafiəyə töhfə vermək öhdəliyini hiss edən zəngin xalqdır. İki ölkə arasındakı münasibətlər çox yaxşıdır!”, - D. Tramp qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR