"Dorian" qasırğası Kanadada 500 mindən çox insanı işıqsız qoyub

"Dorian" qasırğası Kanadada 500 mindən çox insanı işıqsız qoyub
# 08 sentyabr 2019 06:36 (UTC +04:00)

Kanadanın cənub-şərqindəki Yeni Şotlandiya, Nyu-Bransuik əyalətlərində və Şahzadə Edvard Adasında 500 mindən çox abonent ölkənin sahillərinə yaxınlaşan “Dorian” qasırğası səbəbindən elektrik enerjisindən məhrum olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kanadanın “Global News” telekanalı məlumat yayıb.

Yerli “CBC” teleradio korporasiyasının məlumatına görə, “Dorian” Halifax liman şəhərinə çatdıqda yerli vaxtla təxminən saat 19:00-da post-tropik fırtınaya qədər zəifləyib. Elektrik enerjisindən məhrum olanlar “Nova Scotia Power” elektrik şəbəkəsi tərəfindən təmin olunan abonentlərdir. Yeni-Brunsvik əyalətində 14 min ev və bir çox müəssisənin də elektriksiz qaldığı qeyd olunur.

Ölkənin ictimai təhlükəsizlik və mülki müdafiə naziri Ralf Qudeyl “Twitter” vasitəsilə bildirib ki, Kanada silahlı qüvvələri hava şəraitinin fəsadlarının aradan qaldırılmasına köməklik göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR