Ekvador parlamenti kütləvi etirazlar zamanı işini dayandırıb

Ekvador parlamenti kütləvi etirazlar zamanı işini dayandırıb
# 09 oktyabr 2019 02:10 (UTC +04:00)

Ekvador parlamenti fəaliyyətini dayandırmaq qərarına gəlib.

APA TASS-a istinadla xəbər verir ki, buna səbəb parlamentin binası qarşısında hökumət əleyhinə keçirilən etiraz aksiyası olub.

Paytaxt Kito və digər şəhərlərdəki kütləvi etiraz aksiyaları zamanı polislə etirazçılar arasında qarşıdurma olub. Polis paytaxtda gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edərək aksiya iştirakçılarının parlament binasına girmək cəhdinin qarşısını alıb.

Qeyd edək ki, oktyabrın 1-də Ekvador Prezidenti Lenin Moreno ölkədə bir sıra iqtisadi islahatların aparıldığını elan etməsi sosial narazılığa səbəb olub.

Dizel yanacağına və benzinə tətbiq edilən subsidiyaların ləğvi barədə qərar etirazla qarşılanıb. Yanacağın qiymətinin 120 faizdən çox bahalaşması nəqliyyat sektorunda çalışan işçilərin aksiyalar keçirməyə qərar verməsi ilə nəticələnib.

Ekvador Prezidentinin etirazlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR