Əfqanıstandakı ABŞ əsgərləri 4,5 minədək azaldılacaq

Əfqanıstandakı ABŞ əsgərləri 4,5 minədək azaldılacaq
# 09 sentyabr 2020 23:08 (UTC +04:00)

ABŞ noyabr ayına qədər Əfqanıstandakı hərbi kontingentini 8,6 mindən 4,5 minədək azaldacaq.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi yerli KİV-ə verdiyi müsahibəsində bildirib.

“Oktyabr ayının sonları, noyabr ayına qədər Əfqanıstandakı əsgər sayını 4,5 min göstəricisinə yaxınlaşdıracağıq”, - Makkenzi belə deyib.

Onun sözlərinə görə, 4,5 min amerikalı əsgər Əfqanıstanda bütün lazımi tapşırıqları yerinə yetirməyə kifayət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR