Helikopter qəzasında 7 ABŞ vətəndaşı həlak olub

Helikopter qəzasında 7 ABŞ vətəndaşı həlak olub
# 05 iyul 2019 07:55 (UTC +04:00)

Baham adalarında ABŞ-a məxsus helikopter qəzaya uğrayıb.

APA “Tass”a istinadən xəbər verir ki, qəza nəticəsində helekopterdə olan 7 nəfər ABŞ vətəndaşı həlak olub.

Onların arasında Qərbi Virciniya ştatından olan amerikalı milyarder Kristofer Klaynın da olduğu bildirilir.

Helikopter adadan ABŞ istiqamətinə uçarkən qəzaya düşüb.

ABŞ polisi faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR