Kanadada "Toronto" klubunun çempionluq paradında silahlı insident olub

Kanadada "Toronto" klubunun çempionluq paradında silahlı insident olub
# 18 iyun 2019 08:31 (UTC +04:00)

Kanadada “Toronto” basketbol klubunun təxminən 2 milyon həvəskarlarının toplaşdığı çempionluq paradında naməlum şəxslər odlu silahdan atəş açıb.

APA xəbər verir ki, bu barədə “TMZ” portalı məlumat yayıb.

Bildirilir ki, tədbir komandanın NBA final seriyasındakı qələbəsinə həsr olunub.

Yerli polisin məlumatına görə, insident zamanı iki nəfər xəsarət alıb. Polis atışmada şübhəli bilinən iki nəfəri saxlayıb, onlardan odlu silah götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR