Kolumbiyada avtomobil piyadaları vurub, 18 nəfər xəsarət alıb

Kolumbiyada avtomobil piyadaları vurub, 18 nəfər xəsarət alıb
# 02 iyul 2019 07:22 (UTC +04:00)

Kolumbiyanın qərbindəki La-Kumbre şəhərində avtomobil piyadaları vurub.

APA “El Tiempo” portalına istinadən xəbər verir ki, avtoqəza nəticəsində 18 nəfər xəsarət alıb.

Nəşrin yazdığına görə, sürücü idarəetməni itirib və avtomobil çoxlu insanların olduğu idman meydançasına soxulub. Yaralıların arasında 10 uşağın olduğu da deyilir.

İlkin ehtimala əsasən, qəzaya səbəb əyləcin sıradan çıxması ola bilər. Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR