ABŞ Dövlət Katibi Almaniyaya səfər edəcək

ABŞ Dövlət Katibi Almaniyaya səfər edəcək
# 01 noyabr 2019 15:14 (UTC +04:00)

ABŞ Dövlət Katibi Mayk Pompeo noyabrın 8-də Almaniyaya səfər edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin təmsilçisi Martin Fits deyib.

O bildirib ki, bu səfər çərçivəsində Mayk Pompeo Almaniya kansleri Angela Merkellə görüşəcək.

"Görüşdə ikitərəfli əlaqələr, o cümlədən beynəlxalq gündəmdə olan məsələlər müzakirə ediləcək", - deyə o bildirib.

M.Fits əlavə edib ki, ABŞ Dövlət Katibi həmçinin Almaniyanın Müdafiə naziri Heyko Maas, Müdafiə naziri Annenqret Krammp-Karrenbauer və Maliyyə naziri Olaf Şoltsla da görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR