Melanya Trampın köməkçisi Ağ Evin yeni mətbuat katibi olacaq

Melanya Trampın köməkçisi Ağ Evin yeni mətbuat katibi olacaq
# 26 iyun 2019 05:05 (UTC +04:00)

ABŞ-ın birinci xanımı Melanya Trampın şəxsi köməkçisi Stefani Qrişam Ağ Evin rəsmi nümayəndəsi təyin ediləcək.

APA xəbər verir ki, bu barədə M.Tramp özünün “Twitter” səhifəsində yazıb.

Melanyanın sözlərinə görə, Qrişam Ağ Evin yeni mətbuat katibi və əlaqələr direktoru olacaq.

Qeyd edək ki, S.Qrişam M.Trampla 2015-ci ildən işləyir. O, iyunun əvvəlində istefaya gedəcəyini elan edən Sara Sandersi əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR