Pentaqon rəsmisi ABŞ-ın Suriyadan qismən çəkiləcəyini deyib

Pentaqon rəsmisi ABŞ-ın Suriyadan qismən çəkiləcəyini deyib
# 07 oktyabr 2019 21:27 (UTC +04:00)

“ABŞ prezidenti Donald Trampın Suriya mövzusunda verdiyi qərardan rəsmi Pentaqon öncədən xəbərdar olub”.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi müxbirin sualını cavablandırarkən deyib ki, mövzu ilə əlaqədar ABŞ-ın müdafiə, xarici işlər nazirləri, baş qərargah rəisi, Ağ Evin milli təhlükəsizlik müşaviri həftəsonu toplantı keçiriblər.

Pentaqon rəsmisi ABŞ qoşunlarının Suriyanın şimalından bütövlükdə deyil, yalnız Tel-Əbyad və Ras əl-Ayn yaşayış massivlərində yerləşən iki müşahidə məntəqəsindən təxliyyə oldunduğunu bildirib.

Hava sahəsindən ABŞ-ın geri çəkilib-çəkilməyəcəyilə bağlı verilən suala Pentaqon rəsmisi bu barədə məlumatsız olduğunu deyib və Türkiyə qoşunlarının bölgədəki hərbi fəaliyyətlərinə nə mane olacaqlarını, nə də dəstək verəcəklərini bildirib. ABŞ rəsmisi onu da bildirib ki, müdafiə naziri Mark Esper məsələ ilə əlaqədar ABŞ Konqresini və bu mövzudan təsirlənən müttəfiqlərini məlumatlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR