Trampın Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi administrasiyanı tərk edəcək

Trampın Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi administrasiyanı tərk edəcək
# 05 sentyabr 2019 20:17 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblat administrasiyadan gedəcək.

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

Tramp xüsusi nümayəndə Qrinblata İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. ABŞ prezidenti qeyd edib ki, C.Qrinblat özəl sektorda çalışacaq.

Qeyd edək ki, C.Qrinblat 2017-ci ildən Trampın xüsusi müşaviri və kürəkəni Cared Kuşner ilə birlikdə İsrail-Fələstin münaqişəsi ilə bağlı sülh planının üzərində işləyib. Donald Tramp bu planı "yekun razılaşma" adlandırıb. Sülh planının bu ilin iyul ayında beynəlxalq ictimaiyyətə təqdim olunması gözlənilsə də, bu, təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR