Vaşinqtonda silahlı insident olub, ölən və yaralananlar var

Vaşinqtonda silahlı insident olub, ölən və yaralananlar var
# 20 sentyabr 2019 08:08 (UTC +04:00)

ABŞ paytaxtının şimal-şərqində naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Məlumata görə, Ağ Evdən üç kilometr aralıda olan hadisə yerinə polis qüvvələri cəlb olunub.

Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları “Fox News”a bildiriblər ki, yerli vaxtla 22:30-da baş vermiş atışma nəticəsində bir neçə nəfər yaralanıb, lakin bir nəfərin öldüyü barədə məlumatlar təsdiqlənməyib.

“NBC”-nin məlumatına görə, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR