Venesuela Salvador diplomatlarının ölkədən çıxarılması barədə qərar qəbul edib

Venesuela Salvador diplomatlarının ölkədən çıxarılması barədə qərar qəbul edib
  • Clock-gray 19:58
  • calendar-gray 03 Noyabr 2019

Venesuela hökuməti Salvador diplomatik korpusunun üzvlərinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Venesuela Xarici İşlər Nazirliyi (XIN) məlumat yayıb.

Salvador diplomatlarının ölkədən çıxması üçün 48 saat vaxt verilib. Venesuela XİN Salvador hökumətinin qərarına cavab olaraq belə bir addım atıldığını açıqlayıb.

Qeyd edək ki, bu gün Salvador hökuməti Venesuela diplomatik korpusunun bütün üzvlərinin ölkədən çıxarılması barədə qərar qəbul edib. Salvador Prezidenti Nayib Bukele Venesuelada Nikolas Maduro rejimini legitim saymadığını dəfələrlə bəyan edib. Salvador BMT-nin İnsan hüquqları üzrə Ali Komissarının Venesuelada insan hüquqlarının sistemli olaraq pozulması barədə hesabatına əsasən belə bir qərar qəbul etdiyini bəyan edib. Venesuela diplomatları 48 saat ərzində Salvador ərazisini tərk etməlidirlər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date