Xüsusi nümayəndə: “ABŞ ilkin şərtlər olmadan İranla danışıqlara hazırdır”

Xüsusi nümayəndə: “ABŞ ilkin şərtlər olmadan İranla danışıqlara hazırdır”
  • Clock-gray 19:10
  • calendar-gray 16 Oktyabr 2019

ABŞ ilkin şərtlər olmadan İran hakimiyyətinin nümayəndələri ilə görüşməyə və danışıqlar aparmağa hazırdır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

“ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo çox aydın şəkildə bildiriblər ki, ABŞ ilkin şərtlər olmadan İran hakimiyyətinin nümayəndələri ilə görüşməyə və danışıqlar aparmağa hazırdır. Əgər biz hərtərəfli razılığa gələ bilsək, heç kim bizim sülh istəyimizə və yaxud münasibətləri normallaşdırmağa hazır olmağımıza şübhə etməməlidir”, - deyə diplomat qeyd edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date