ABŞ Administrasiyası yüksək benzin qiymətləri probleminin həllində çətinlik çəkir

ABŞ Administrasiyası yüksək benzin qiymətləri probleminin həllində çətinlik çəkir
# 19 iyun 2022 03:45 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden administrasiyasında ölkədə yüksək benzinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq kifayət qədər ciddi təkliflər yoxdur.

APA xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazır.

Qeyd olunur ki, problemin həllini qeyri-adi yollarla tapmaq cəhdləri administrasiyanın çətinlik çəkdiyini və yaranmış problemin miqyasını əks etdirir.

Nəşrin məlumatına görə, Ağ Ev “ümidsizcə göstərməyə çalışır ki, administrasiya seçicilərin yanacağın qiymətlərinin artması ilə bağlı narazılığını nəzərə alır”.

Baydenin köməkçiləri amerikalılara yanacaq xərclərinin bir hissəsini ödəyəcək xüsusi kartların verilməsini nəzərdən keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR