ABŞ-da hava limanının əməkdaşı terror niyyəti ilə təyyarə qaçırıb

ABŞ-da hava limanının əməkdaşı terror niyyəti ilə təyyarə qaçırıb
# 04 sentyabr 2022 19:52 (UTC +04:00)

ABŞ-ın Missisipi ştatının Tupelo şəhərində hava limanının əməkdaşı Beechcraft King Air C90A ikimühərrikli təyyarəsini oğurlayıb.

APA xəbər verir ki, bu barədə apnews.com məlumat yayıb.

Hava limanında tanker kimi işləyən 29 yaşlı Kori Ueyn Patterson yanacaqla tam dolu təyyarə ilə havaya qalxaraq onu Walmart supermarketinə çırpacağını vəd edib.

Patterson havaya qalxaraq təyyarəni Walmart supermarketinə çırpacağını vəd edib. Bundan sonra insanlar supermarketdən və ətrafdan təxliyə edilib.

Pilotla əlaqə yaradan polis danışıq aparıb və onu eniş etməyə razı sala biliblər.

Patterson saxlanılıb və terror təhdidində ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR