ABŞ-da marketdə atışma olub, ölənlər var

Police

© APA | Police

# 23 noyabr 2022 09:20 (UTC +04:00)

ABŞ-ın Virciniya ştatında “Walmart” ticarət mərkəzində atışma olub, ölənlər var.

APA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə yerinə gələn polis əməkdaşlarının bildirdiyinə görə, mağaza meneceri xidməti otağa daxil olaraq atəş açıb, 10-a yaxın şəxsin öldüyü bildirilib.

Həmçinin ehtimal olunur ki, qatil də ölüb.

Baş vermiş hadisə barədə daha ətraflı məlumat əldə etmək üçün araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR