ABŞ-da məktəbdə atışma zamanı 2 şagird ölüb - YENİLƏNİB

ABŞ-da məktəbdə atışma zamanı 2 şagird ölüb - YENİLƏNİB
# 24 yanvar 2023 03:00 (UTC +04:00)

ABŞ-ın Ayova ştatında məktəbdəki atışmada yaralanan iki şagird ölüb.

APA xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Yaralı olan bir müəllimin isə vəziyyəti ağır qiymətləndirilir.

Saat 01:42

ABŞ-ın Ayova ştatının Des Moines şəhərində məktəbdə atışma olub.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Polis yaralananlar arasında bir müəllim və bir məktəb şagirdinin olduğunu bildirib.

Polis artıq iki şübhəli şəxsi həbs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR