ABŞ-da meşə yanğınlarının sahəsi genişlənir

ABŞ-da meşə yanğınlarının sahəsi genişlənir
# 11 sentyabr 2022 22:58 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının sahəsi 17 000 hektarı keçib.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, artıq minlərlə sakin təxliyə olunub.

Yanğınlar 6 minədək tikili üçün təhlükə yaradıb. Alovla mübarizəyə çox sayda texnika və 1700 nəfər canlı qüvvə cəlb olunub. Quraqlıq, isti və küləkli hava yanğının söndürülməsini çətinləşdirir. Sutka ərzində yanğınların cəmi 10%-ni nəzarət altına almaq mümkün olub. Bəzi ərazilərdə havanın temperaturu 45 dərəcə Selsiyə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR