ABŞ-da polis əlil arabasında olan şəxsi güllələyib

ABŞ-da polis əlil arabasında olan şəxsi güllələyib
# 02 dekabr 2021 00:53 (UTC +04:00)

ABŞ-ın Arizona ştatında polis əlil arabasında olan şəxsə 9 güllə vurub.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, polisə axşam saatlarında marketdən oğurluq olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis nəfəri oğurluqda şübhəli bilinən şəxsi saxlamağa çalışıb. O isə elektrikli əlil arabasında hadisə yerindən uzaqlaşmağa cəhd edib. Polis onu zərərsizləşdirmək üçün 9 dəfə yaxın məsafədən atəş açıb. Məhdud hərəkət qabiliyyətli şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR