ABŞ-da teleaparıcı reportaj hazırlayarkən təyyarə qəzasında həlak olub

ABŞ-da teleaparıcı reportaj hazırlayarkən təyyarə qəzasında həlak olub
# 18 avqust 2019 08:48 (UTC +04:00)

Amerikalı teleaparıcı Nensi Parker Yeni Orleanda reportaj hazırlayarkən təyyarə qəzasında ölüb.

APA “NBC”yə istinadən xəbər verir ki, Nensi Parker veteran piot barəsində reportaj hazırlamaq məqsədilə onunla birlikdə təyyarənin kabinəsinə oturub.

İlkin məlumata görə, çətin yerinə yetirilən hava manevrləri zamanı pilot təyyarəni yetərincə idarə edə bilməyib və Yeni Orlean hava limanı yaxınlığındakı bir tarlaya düşüb. Qəza nəticəsində pilot və teleaparıcı vəfat edib.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR