ABŞ Dövlət katibi Blinkenin atası vəfat edib

Entoni Blinken

© APA | Entoni Blinken

# 23 sentyabr 2022 11:07 (UTC +04:00)

ABŞ Dövlət katibi Entoni Blinkenin atası, ABŞ-ın Macarıstandakı sabiq səfiri Donald Blinken vəfat edib.

APA xəbər verir ki, bu barədə Blinken öz “Twitter” hesabında bildirib.

Blinken atasının ABŞ Hərbi Hava Qüvvələrində xidmət etdiyini, Mark Rotko fondunun prezidenti və Nyu-York Universitetinin rəhbəri vəzifələrində çalışdığını qeyd edib.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR