ABŞ Estoniyaya HİMARS sistemləri satmağa razılıq verib

 ABŞ Estoniyaya HİMARS sistemləri satmağa razılıq verib
# 16 iyul 2022 06:26 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Estoniyaya HİMARS yaylım atəşli reaktiv sistemləri (YARS) satmağa razılıq verib.

APA-nın UNİAN-a istinadən xəbərinə görə, müqavilənin ümumi dəyəri təxminən 1,5 milyard dollar təşkil edir.

Pentaqondakı mənbələrin məlumatına görə, YARS dəstinə 6 buraxılış qurğusu, sursat, yardımçı avadanlıq və ehtiyat hissələri daxildir.

Hazırda HİMARS Ukraynada geniş tətbiq edilir. Bu silahlar 300 kilometr məsafədki hədəfi məhvetmə qabiliyyətinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR