ABŞ hərbçilərinin Ukraynanın müdafiəsinə cəlb olunması ilə bağlı qətnamə Konqresə təqdim edilib - VİDEO

ABŞ hərbçilərinin Ukraynanın müdafiəsinə cəlb olunması ilə bağlı qətnamə Konqresə təqdim edilib - VİDEO
# 01 may 2022 22:28 (UTC +04:00)

ABŞ Konqresinə Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakına icazə verən qətnamə layihəsi təqdim edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, qətnaməni Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzinger təqdim edib.

Qətnamə layihəsində Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakı nəzərdə tutulub.

Layihəyə dair izahatda deyilir ki, bu təşəbbüs təsdiq olunarsa, ABŞ Prezidentinə “Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etdiyi” vəziyyətə cavab vermək üçün Amerika qüvvələrindən istifadə etmək imkanı verəcək.

“Dövlət katibi Enton Blinkenlə danışdıqdan və onun Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı ciddi narahatlığını dinlədikdən sonra, əminəm ki, ABŞ dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək”, - deyə Kinzinger bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR