ABŞ-ın keçmiş vitse-prezidenti ifadə verməyə çağırıla bilər - VİDEO

Mayk Pens

© APA | Mayk Pens

# 20 iyun 2022 00:02 (UTC +04:00)

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens ifadə vermək üçün Konqresə çağırıla bilər.

APA “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Demokratlar Partiyasından olan deputat Adam Şif məlumat verib.

Deputat canlı yayımda bildirib ki, Pens 2021-ci ilin yanvarında Kapitoli ətrafında baş verən iğtişaşlara görə dindirilə bilər. Lakin o tək deyil. Təhqiqat komissiyasına ifadə verməli olan yüzlərlə adam var.

Komissiyanın növbəti iclasları 21 və 22 iyun tarixlərinə müəyyən edilib. İclasın gündəliyinə son prezident seçkilərindəki səsvermə mövzusu daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR