ABŞ-ın silah ixracının həcmi il ərzində 21% azalıb

ABŞ-ın silah ixracının həcmi il ərzində 21% azalıb
# 23 dekabr 2021 03:20 (UTC +04:00)

ABŞ-ın hökumətlərarası və özəl müqavilələr çərçivəsində silah ixracının həcmi 2021-ci maliyyə ilində 138 milyard dollara düşüb.

APA xəbər verir ki, bu göstərici ABŞ Dövlət Departamentinin yaydığı məlumatda öz əksini tapıb.

Statistik məlumatlara görə, 2021-ci ildə Dövlət Departamentinin silah tədarükü üçün təsdiq etdiyi hökumətlərarası təmasların ümumi məbləği 34,81 milyard dollar, özəl sektorda analoji müqavilələrin məbləği isə 103,4 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci maliyyə ilində bu rəqəmlər müvafiq olaraq 50,78 milyard dollar və 124,3 milyard dollar olub. Beləliklə, ümumi məbləğ təxminən 175 milyard dollar olub, yəni ixrac həcmlərində təxminən 21% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR