ABŞ-ın Vitse-prezidenti: Şimali Koreyaya qətiyyətli cavab veriləcək

ABŞ-ın Vitse-prezidenti: Şimali Koreyaya qətiyyətli cavab veriləcək
# 18 noyabr 2022 14:00 (UTC +04:00)

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv olan ölkələr Şimali Koreyanın nüvə sınaqlarına qətiyyətli cavab verəcəklərini bəyan edib.

APA Ağ Evin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Kamala Harris deyib.

Kamala Harris bu gün Banqkokda Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə keçirdiyi görüşdə deyib ki, tərəflər Şimali Koreya ilə anlaşılmazlıqları diplomatik yolla həll edəcəklər.

Xatırladaq ki, ABŞ-ın Vitse-prezidenti Kamala Harris bu gün Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) tərəfindən raket atılmasının ardınca Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə görüş keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR