ABŞ müdafiə naziri: İran Rusiyaya silah tədarükünü etiraf etmir

Lloyd Ostin

© APA | Lloyd Ostin

# 20 yanvar 2023 14:15 (UTC +04:00)

İndi Rusiyanın İran və Şimali Koreya kimi tərəfdaşları belə ona yardım etdiyini etiraf etmir.

APA xəbər verir ki, bunu Almaniyanın Ramşteyn aviabazasında keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun 8-ci iclasında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Rusiyanın sursatları tükənir və böyük döyüş itkilərinə məruz qalır. O, faciəvi və qeyri-zəruri işğalının təmin edilməsi üçün üzünü qalan bir neçə tərəfdaşına çevirir. Hətta İran və Şimali Koreya Rusiyanı təchiz etdiklərini etiraf etmirlər”, - Ostin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR