ABŞ müdafiə naziri İsrailə gedib

Yoav Qallant - Lloyd Ostin

© APA | Yoav Qallant - Lloyd Ostin

# 09 mart 2023 16:08 (UTC +04:00)

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailə səfər edib.

APA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri “Twitter”də yazıb.

"Təl-Əvivə yenicə çatdım. Regional sabitliyi təşviq etmək və ümumi təhdidlərə qarşı mübarizə aparmaq üçün İsraillə sıx əməkdaşlığa davam edəcəyik", - nazir qeyd edib.

Səfər çərçivəsində Ostinlə İsrailin baş naziri arasında görüş keçirilməsi planlaşdırılır.

Pentaqon rəhbəri hava limanında həmkarı Yoav Qallant tərəfindən qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR