ABŞ Rusiya ilə Cenevrə danışıqları öncəsi açıqlama yayıb

Vendi Şerman, Sergey Ryabkov

© APA | Vendi Şerman, Sergey Ryabkov

# 10 yanvar 2022 12:44 (UTC +04:00)

ABŞ müttəfiqləri və tərəfdaşları olmadan Avropanın təhlükəsizliyini Rusiya ilə müzakirə etməyəcək.

APA-nın xəbərinə görə, bu barədə bu gün Cenevrədə keçirilən ABŞ-Rusiya danışıqlarında ABŞ nümyanəndə heyətinə rəhbərlik edən Dövlət katibinin birinci müavini Vendi Şerman "Twitter"də bildirib.

"Hazırda Cenevrədə ikitərəfli Strateji Sabitlik Dialoqunun fövqəladə iclası keçirilir. ABŞ Rusiyanın narahatlıqlarını dinləyəcək və öz narahtlıqlrını bölüşəcək, lakin bizim mövqeyimiz aydındır: müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyini müzakirə etməyəcəyik", ABŞ dövlət rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR