ABŞ Rusiyada təhsil alan generalı NATO-nun Avropadakı qüvvələrinə komandan təyin edib

General Kristofer Kavolin

© APA | General Kristofer Kavolin

# 03 may 2022 21:55 (UTC +04:00)

Şimali Atlantika Alyansının Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə yeni təyinat olub.

APA xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat verib.

Bildirib ki, ABŞ Prezidenti Co Bayden general Kristofer Kavolini Şimali Atlantika Alyansının Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edib.

Kavoli 3 il Avropada NATO qüvvələrinə rəhbərlik etmiş ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersi əvəz edəcək. Kavoli hazırda ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarına rəhbərlik edir.

NATO Kavolinin namizədliyini təsdiqləyib.

“The Wall Street Journal”-ın məlumatına görə, Kavoli əvvəllər Rusiyada Birləşmiş Qərargahda direktor vəzifəsində çalışıb.

O ABŞ-ın “Yale” Universitetində Rusiya və Şərqi Avropa tədqiqatları üzrə magistr dərəcəsi alıb.

Qeyd edək ki, Uolters daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişə bitdikdən sonra da Avropadakı qoşunlarının sayını artırmaq qərarına gələ bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR