ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək

ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək
# 01 iyun 2022 10:04 (UTC +04:00)

ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək.

APA xəbər verir ki, bu barədə məlumatı CNN-ə ABŞ administrasiyasının rəsmisi təsdiqləyib.

Bildirilib ki, ABŞ istehsalı olan sistemin 11-ci təhlükəsizlik yardımı paketi çərçivəsində Ukraynaya göndərilməsi nəzərdə tutulub.

Rəsminin sözlərinə görə, Ukraynaya göndəriləcək HIMARS sistemi maksimum uçuş məsafəsi 80 kilometr olan raketlərlə təchiz ediləcək. Bu, ABŞ-ın Ukraynaya göndərəcəyi ən uzunmənzilli silah sistemi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR