ABŞ və İsrail rəsmiləri Rusiya-İran əməkdaşlığını müzakirə edib

ABŞ və İsrail rəsmiləri Rusiya-İran əməkdaşlığını müzakirə edib
# 02 iyun 2023 11:42 (UTC +04:00)

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan israilli həmkarları ilə Rusiya-İran əməkdaşlığını müzakirə edib.

APA xəbər verir ki, görüşün təfərrüatları barədə Ağ Ev-in rəsmi internet saytında yazılıb.

Qeyd olunub ki, Sallivan və onun israilli həmkarı Tsaxi Haneqbi, İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ-ın paytaxtında keçirilən görüşdə Rusiya-İran hərbi əməkdaşlığı və Ukraynaya yardım məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, Tehran və onun tərəfdarlarının təhdidlərinə qarşı çıxmaq üçün İsraillə koordinasiyanın gücləndirilməsi məsələlərinə də toxunublar.

Sallivan görüş zamanı ABŞ administrasiyasının İsrailin Yaxın Şərqdə təhlükəsizliyini və iqtisadi inteqrasiyasını daha da gücləndirmək məqsədini bir daha vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR