Ağ Ev Baydenin Ukraynaya səfər etmək istədiyini bildirib

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 10 may 2022 02:52 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər etmək istərdi, lakin hazırda belə bir səfər planlaşdırılmır.

APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

"Hazırda səfər planlaşdırılmır. Amma yenə də o, Ukraynaya getmək istəyir", - deyə Psaki bildirib.

Psaki ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfərinin Amerika liderinin də bu ölkəyə səfəri kimi qiymətləndirilə bilərmi sualına “Onların səfərləri bir qədər fərqlidir” cavabını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR