Ağ Ev Ukraynaya ağır silahların verilməsinə aydınlıq gətirib - YENİLƏNİB-2

Ağ Ev Ukraynaya ağır silahların verilməsinə aydınlıq gətirib  - YENİLƏNİB-2
# 24 iyun 2022 01:47 (UTC +04:00)

Ukraynaya daha güclü silahların verilməsinə səbəb döyüşlərin xarakterinin dəyişməsidir. Silah verilməsi eksalasiyanı gücləndirmək məqsədi daşımır.

APA-nın xəbərinə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında bildirib.

Kirbi qeyd edib ki, daha Əvvəl prezident Co Bayden 3-cü Dünya müharibəsi riskinə görə Ukraynaya ağır silahların verilməsindən imtina edib. Lakin indi müharibənin xarakteri dəyişdiyi üçün ABŞ-ın da mövqeyi dəyişir və inkişaf edir.

***

01.05

Rəsmi Vaşinqton Ukraynaya daha güclü silahların verilməsinə aydınlıq gətirib.

APA-nın xəbərinə görə, Ağ Evdən bildirilib ki, buna səbəb döyüşlərin xarakterinin dəyişməsidir. Silah verilməsi eksalasiyanı gücləndirməyə xidmət etmir.

***

19.55

Bayden administrasiyası bu gün Ukraynaya növbəti hərbi yardım paketini elan edəcək.

APA CNN-ə istinadən xəbər verir ki, yardım paketinə Ukraynaya əlavə HIMARS yaylım atəş sistemlərinin, həmçinin, artilleriya sursatının göndərilməsi daxildir.

Yardım paketinin dəyərinin təxminən 500 milyon ABŞ dolları təşkil edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR