Ağ Evin kommunikasiyalar üzrə direktoru COVID-19-a yoluxub

Keyt Bedinqfild

© APA | Keyt Bedinqfild

# 30 aprel 2022 09:27 (UTC +04:00)

Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Keyt Bedinqfild “Twitter”də bildirib.

“Bu gün səhər mən koronavirus testi verdim. Testin nəticəsi pozitiv oldu. Mən sonuncu dəfə prezidenti (Co Bayden) çərşənbə günü müşavirə zamanı görmüşəm. Həmin vaxt da mən maska taxmışdım və sosial məsafə ilə bağlı qaydalara riayət etmişdim. Xəstəliklərə Nəzarət üzrə Federal Mərkəzin standartlarına görə, bizim yaxın kontaktımız olmayıb”, - o qeyd edib.

Keyt Bedinqfildin 5 günlük özünütəcrid rejimindən və neqativ koronavirus testindən sonra Ağ Evə qayıdacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR