Avropa İttifaqı (Aİ) meşə yanğınları ilə əlaqədar Kanadaya yardım göndərir.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.
"Kanada Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində dəstək istəyib və biz dərhal cavab veririk".
Avropa Komissiyasının Prezidenti bildirib ki, Fransa, Portuqaliya və İspaniya Kanadaya 280-dən çox yanğınsöndürən göndərir.
Ursula von der Leyen əlavə edib ki, daha çox dəstək göndəriləcək.
Qeyd edək ki, bu həftə Kvebekdəki yanğınlar nəticəsində tüstü ABŞ-a sərhədinə qədər çatıb. ABŞ-ın 10-dan çox ştatında xəbərdarlıq elan olunub.
Kvebek Baş naziri Fransua Leqault əyalətdəki yanğınlarla təxminən 520 yanğınsöndürənin mübarizə apardığını, daha 150 nəfərin ordudan qoşulacağını bildirib.
O, jurnalistlərə deyib ki, hazırda 150-dən çox yanğın nöqtəsi var.